Oqtay Əsədov Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb

img

23-05-2019 [20:34]


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Karsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, parlamentlər səviyyəsində əlaqələr və digər məsələlər müzakirə olunub.

Azərbaycan parlamentində qonaqları salamlayan Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan tərəfi dostluq qruplarının qarşılıqlı səfərlərini yüksək qiymətləndirir: "Ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixi var. 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb etmişdir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanmış, 14 sənəd isə baxılmaqdadır. İqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır. Ölkələrimiz arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olub. Bu rəqəm ötən dövrün göstəricisindən 39,4 faiz çoxdur”.

Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker problemin həllinin bölgənin inkişafı üçün əhəmiyyətini qeyd edib.

Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Kars ölkəmizə səfərindən və bu burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söylədi. Yohanes Kars dedi ki, o, ölkəmizdə ilk dəfə 1999-cu ildə olub. Budəfəki səfərində müstəqil Azərbaycanın bölgələrinin və paytaxt Bakının sürətlə inkişaf etdiyini müşahidə edib. Bütün bunlar Azərbaycanın dostu kimi onları da sevindirir. Avropa İttifaqının üzvü olan Almaniya Cənubi Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır: "Bundestaqla Milli Məclis arasında əməkdaşlığın genişlənməsi ümumi məqsədlərə xidmət edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün parlament diplomatiyası əhəmiyyətli rol oynayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR