Sahil Babayev daha bir şöbə müdirini vəzifədən azad etdi - Yeni təyinat

img

23-05-2019 [19:37]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi.

Çingiz Əliyev sabiq nazir Səlim müslümovun əsas kadrı sayılırdı. Görünən odur ki, Sahil Babayev artıq sələfinin kadrını daha çox vəzifədə saxlamaq istəmir.

Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR