23-05-2019 [13:37]
Müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və bu özünü bir çox sahələrdə göstərir. Dövlət siyasətində ayrıseçkiliyə rəvac verilməsi, dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir.
2015-ci il 4 dekbarda qüvvəyə minən Azərbaycan Respublikasının "Dini ekstremizmə qarşı mübarizə” haqqında qanunda dini ekstremizm (dini ekstremist fəaliyyət) - dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində:
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi;
- qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi;
- terror fəaliyyətinin həyata keçirilməsi;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi;
- milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi;
- şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi kimi ehtiva olunub.
Dini radikalizm - hər hansı dinin, məzhəbin, cərəyanın üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadın ardıcıllarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Bəzi araşdırmaçılara görə, müasir dünyada ifrat dini təmayüllər özünü üç şəkildə - sırf dini, dini-etnik və dini cəhətdən əsaslandırılmış siyasi radikalizm formasında göstərirlər.
Qloballaşma dövründə dini ekstremizm bir çox ölkənin problemi halına gəlmişdir. Artıq, dini ekstremizmlə mübarizə milli sərhədləri aşaraq, beynəlxalq əməkdaşlıq tələb edir. Günümüzdə bu problemlə mübarizə bütün cəmiyyətin, xüsusən vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Vətəndaş cəmiyyəti bu istiqamətdə çox vacib rola malikdir. İlk növbədə vətəndaş cəmiyyəti öz fəaliyyəti ilə dini ekstemizmin əsasında duran zorakılıq ideologiyasına qarşı çıxır, öz missiyasına uyğun olaraq dözümlülüyü, insan haqlarını, plüralizmi, qanunun aliliyini təşviq edir. Tədqiqatçılar müasir dövrdə vətəndaş cəmiyyətinin dini radikalizmə qarşı mübarizədə aşağıdakı istiqamətlər üzrə fəaliyyətlərini qeyd edirlər:
1. Maarifçilik;
2. Preventiv tədbirlərin həyata keçirilməsi;
3. Toletantlıq və plüralizm dəyərləri əsasında dünyagörüşün formalaşdırılması;
4. Sosioloji və digər tədqiqatlarla dini eksremizmlə bağlı problemlərin araşdırılması və hökumət üçün tövsiyələr hazırlanması;
5. Dövlətin, hökumətin multikultralizm, dini dözümlülük siyasətinə dəstək verilməsi, ictimai etimad mühitinin yaradılması;
6. Qanunvericiliyin, sosial inteqrasiya mexanizmlərinin təkmilləşdirilməsinə yardım göstərilməsi;
7. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, beynəlxalq əməkdaşlığın təmin edilməsi.
Bütün bunlarla yanaşı dini ekstremizmə qarşı mübarizədə əsas komponentlərdən olan konfessiyalarası dialoqda vətəndaş cəmiyyəti vacib rola malikdir. BMT Baş Assambelyasının 2015-ci il 3 dekabr tarixli, 66-cı plenar iclasında qəbul olunan "Sülh naminə dinlər və mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi” 70/19 saylı Qətnaməsində vətəndaş cəmiyyətinin bu missiyası xüsusi olaraq vurğulanır. Vətəndaş cəmiyyətinin əsas missiyası dövləti, biznes və ictimai maraqlar arasında harmoniyanın yaradılması, cəmiyyət həyatının əsas məsələləri ilə bağlı ictimai konsensusa nail olunmasıdır.
Müasir dövrümüzdə vətəndaş cəmiyyəti bu missiyasından çıxış edərək cəmiyyətdə harmonik inkişaf, birgəyaşayış problemlərinin aktuallaşdığı, müzakirə edildiyi, yeni ideya və yanaşmaların meydana çıxdığı kommunikativ müstəvi funksiyasını yerinə yetirir. Amerika alimi və tədqiqatçısı Cefri Aleksander qeyd edir ki, vətəndaş cəmiyyətinin multikultrazlizm sahəsində əsas rolu fərqlilikləri tanımaq və kommunikasiya üçün imkanlar yaratmaqdır.
Azərbaycanda vətəndaş cəmiyyəti konfessiyalararası dialoq prosesinə mühüm töhfə veriri. Xüsusən tolerant mühitin gücləndirilməsi, gənc nəslin tolerant dəyərləri mənimsəməsi, multikultralizm dəyərləri əsasında dünyagörüşünün formalaşması, Azərbaycanın bu sahədəki müsbət nünunələrinin dünyada yayılması istiqamətində intensiv fəaliyyət həyata keçirir. Dini İşlər üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Bakı Beynəlxal Multikultralizm Mərkəzinin dəstəyi ilə vətəndaş cəmiyyəti təşkilatları toletantlıq və multikultrazlim dəyərlərinin təbliği, konfessiyalararası dialoqun təşviqi ilə bağlı yüzlərlə layihə həyata keçiriblər. Qafqaz Müsəlmanları İdarəsi bu təşəbbüslərə çox açıqdır və çox fəaldır.
2017-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması vətəndaş cəmiyyəti təşkilatları üçün yeni imkanlar yaratmışdır. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin mədəniyyətlər, sivilzasiyalar, dinlərarası dialoqun dəstəkləməsi ilə bağlı qlobal təşəbbüsləri, "Bakı prosesi” çərçivəsində aparılan fəaliyyətlər vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunu gücləndirmişdir.
Vətəndaş cəmiyyətinin potensialı istənilən eksremist ideologiya və cərəyanların təsirinin cəmiyyətə yayılmasına qarşı səmərəli preventiv tədbirlər görməyə imkan verir. Bu istiqamətdə əsas hədəf qrupu kimi gənclər, icmalar, ailələr çıxış edir. Vətəndaş cəmiyyəti öz fəaliyyətində məhz onların toletantlıq və plürazlim dəyərləri əsasında dünyagürüşün formalaşdırılmasını əsas vəzifə kimi görməlidir.
Ən strateji məsələ isə obrazlı ifadə etsək ictimai rəy uğrunda mübarizədir. Sosial şəbəkələr, informasiya-kommunikasiya texnologiyaları dini ekstremist cərəyanlar üçün yeni imkanlar yaratmışdır. Vətəndaş cəmiyyəti onların xitab edə biləcəyi auditoriyanı müəyyənləşdirməli və təbliğat cəhdlərinin qarşısının alınması üçün tədbirlər görməlidir. Vətəndaş cəmiyyəti zorakılıq ideologiyasına, dəyərlərin təbliğ edilməsinə, miflərin yaradılmasına qarşı daim mübarizə aparmalıdır. Xüsusən ailələr, təhsil müəssisələri, icmalar səviyyəsində bu işlər aparılmalıdır.
Vətəndaş cəmiyyətinin digər vacib fəaliyyəti mövcud problemlərin öyrənilməsi və əməkdaşlıq günədliyininin formlaşadırılmasıdır. Vətəndaş cəmiyyəti antoqanizmə, ayrıseçkiliyə, ksenofobiyaya yol açan meylləri aşkarlamalı və bu çağırışlara cavab verilməsi üçün dialoq, təbliğat, təşviqat imkanlarını aktuallaşdırmalıdır.
Dövlət orqanları da məhz bu məsələləri nəzərə alaraq vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar yaradılması, onların təşəbbüslərinin dəstəklənməsi, ictimai iştırakçılıq üçün münbit şərait yaratmalıdır.
Z.İbrahimli
Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən, "Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən "Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində nəşr olunur.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"