Gürcüstan Prezidenti: “Saakaşvilinin vaxtı keçib, o, artıq problem deyil...”

img

23-05-2019 [11:19]


"Mixeil Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.

O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.

S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.

Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: "Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR