Ağ Ev: "Çinlə yeni ticarət danışıqları aparmağa hazırıq"

img

22-05-2019 [20:30]


ABŞ hökuməti Çinlə yeni ticarət danışıqları aparmağa hazırdır.

"Reuters” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat verib.

O, yeni danışıqların əvvəlki təmaslara əsaslanmasının vacibliyini bildirib.

Amerikalı fermerləri Çin idxalından bundan sonra da qoruyacaqlarını qeyd edən Ağ Ev rəsmisinin sözlərinə görə, prezident Donald Tramp Çin mallarına qoyduqları rüsumları ləğv etmək üçün tələsmək fikrində deyil/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR