Mesut Özildən mesaj: "Bakıda görüşənədək"

img

22-05-2019 [19:48]


İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib. 

Türk əsilli yarımmüdafiəçi şəxsi "Twitter" hesabında finala bir həftənin qaldığını xatırladıb. 

"Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" yazan  Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb. 

Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR