Elmar Məmmədyarov yeni rezident nümayəndə ilə müzakirə apardı

img

22-05-2019 [18:39]


Xarici İşlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının Azərbaycan Respublikasına yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir A.Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. E.Məmmədyarov Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayıb və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verib və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR