"Qarabağ" Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

img

22-05-2019 [17:19]


"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Qara Qarayevlə müqavilənin müddətini uzadıb. 

"Report" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib. 

Oyunçunun yeni sözləşməsi 2 il müddətinə nəzərdə tutulub. 

Qeyd edək ki, Qara Qarayev Ağdam təmsilçisinin yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR