"Belə biabırçı açıqlama olar?" - Nazirlə görüş qalmaqalı

22-05-2019 [16:39]
"Deyirəm belə dəlixananı heç yerdə görmək olmaz. Dünən səhiyyə naziri haqda o boyda paylaşım elədim. Təyyarədən düşən kimi xəbər oxudum ki, səhiyyə nazirliyin mətbuat xidməti açıqlama yayıb nazirnən görüşümüz haqda”. 

Mia.az xəbər verir ki, bunu bloqqer Mehman Hüseynov sosial şəbəkədə yazıb. 

Bildirib ki, bu açıqlamaya çox sevinib, düşünüb ki, yəqin nazirlik haqq yoluna gəlib,  nazirə verdiyi sualların cavabını yazıblar: "Amma yox. Xəbəri açdım gördüm o boyda nazirlik yazıb ki, nazir Oqtay Şirəliyev Mehman Hüseynovu tanımadı. Belə biabırçı açıqlama olar? 

Bəyəm mənim problemim bu idi ki, o, məni tanıyacaq ya yox? Bəyəm o, məni tanıdı və ya tanımadı, bunun mənə istisi soyuğu var? 

Mən ona "məşhur bloger, jurnalist” kimi yaxınlaşmamışdım və özümü elə təqdim eləməmişdim. Mənə maraqlı deyil o, məni tanıyır, ya yox. 

Mənə bir Azərbaycan vətəndaşı olaraq maraqlı olan və narahat edən odur ki,  səhiyyəmiz niyə bərbad günündədi? Niyə dövlət xəstəxanalarında hər addım başı rüşvət istəyirlər, pul yığırlar. O pullar kimin cibinə gedir? Niyə pul vermədikdə insanlar ölməlidir?. 

Problem, bax, budur. Səhiyyə Nazirliyi nazirin məni tanıyıb-tanımamaq açıqlamasını yaymaqdansa, xalqı maraqlandıran və narahat edən bax bu sualların cavablarını yaysınlar!”.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə