İsgəndər Həmidovun həbsi gündəmdə: sabiq nazir kimlərə və nə üçün pul verib?

img

22-05-2019 [15:35]


Mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq Daxili İşlər naziri İsgəndər Həmidovu, ölkəyə dönəcəyi təqdirdə, həbs olunmaq təhlükəsi gözləyir.

Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, sabiq nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda daxil olmuş informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb.

İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov, ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.

İlkin versiyaya görə, sabiq nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb.

Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə, bu faktlara görə, həbs olunaraq, məsuliyyətə cəlb edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR