"Nazirin üzdən tanımadığı" Mehman Hüseynov görüşün detallarını açdı: "Məni görüşə çağırdı..."

img

22-05-2019 [14:37]


Blogger Mehman Hüseynov Cenevrənin hava limanında Səhiyyə naziri Oqtay Şirəliyevlə foto çəkdirərək sosial şəbəkədə paylaşıb.

Mehman Hüseynov sözügedən şəkilə aydınlıq gətirib: "Bakıya qayıdarkən səfirimizlə Oqtay Şirəliyevi gördüm. Səhiyyə naziri dedi ki, İsveçrəyə müalicə üçün gəlib. 

Yaxınlaşdım anamın ölümündə həkim səhvinin olduğunu bildirdim. Ona xatırlatdım ki, jurnalist Rasim Əliyevin ölümündə həkim səhvinin, digər jurnalistin anasının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin qarşısında etiraz etdiyini dedim. Səhiyyə sahəsində olan problemləri Oqtay Şirəliyevə xatırlatdım. 

Mənə dedi ki, ananın ölümü ilə bağlı həkim səhvinin olması ilə bağlı məsələ araşdırılacaq. Oqtay Şirəliyev məni nazirliyə çağıracağına söz verdi. Mən hələ də Səhiyyə Nazirliyinə dəvət olunmağımı gözləyirəm. Sonra da qardaşıma dedim ki, mənim Oqtay Şirəliyevlə şəklimi çəksin."/Unikal.org

Xatırladaq ki, nazirin Mehman Hüseynovla fotosuna dərhal reaksiya verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazir Oqtay Şirəliyevin Avropaya müalicəyə getməsi iddiası doğru deyil. 

Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb: "Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR