Komitə sədri Fuad Abbasovla bağlı niyə susur?

22-05-2019 [13:47]
Jurnalist Fuad Abbasovla bağlı qalmaqalda rəy bildirənlər çoxdur. Həm də əsasən sosial şəbəkələrdə. Amma bu, yalnız ictimai fikrin münasibətini əks etdirir.

Bəs rəsmi mövqe niyə yoxdur?

Hadisəyə hamıdan qabaq rəy bildirən Rusiyadakı səfirlik və Diaspor Komitəsi olmalı idi. Lakin hər iki dövlət qurumu özünü görməməzliyə vurub. Gözlər kor, qulaqlar kardır.

Lider TV-nin sabiq Moskva müxbiri Anar Həsənovun "təxribatçı sual”a görə telekanaldan istefaya göndərilməsində əlindən gələni əsirgəməmiş Polad Bülbüloğlu indi nədənsə canfəşanlıq etməyə əsas görmür. Halbuki söhbət hazırda Rusiyadakı ictimai-siyasi platformalarda Azərbaycan dövlətinin maraqlarını daim müdafiə etmiş jurnalistdən gedir.

Bəlkə, səfirin nəzərində Rusiyada olan azərbaycanlı jurnalist boynubükük, ürkək, ölkəsinə atılan şər-böhtana baxışını yerə dikməklə, ağzına su almış biri olmalıdır? Fuad Abbasovun təhdid və cismani təhqirə məruz qalması Polad Bülbüloğlunu heç narahat etmir?

Eyni şəkildə Diaspor Komitəsinin sədri Fuad Muradova təpinmək gərəkir. O da susmaq öhdəliyi götürüb. Məqsədli və ya məqsədsiz olduğu bilinmir. Amma Fuad Muradov təkcə adaşının həbsi deyil, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinə, deyəsən, ümumiyyətlə, arxa çevirib. 

Komitə azərbaycanlı ictimai fəalın Rusiyadan deportasiyası və həbsini qınayan bir vərəqlik qınama bəyanatı verməyi də özünə çox görüb. Ya da məsələyə biganəliyi ilə acizliyi və səriştəsizliyini etiraf edir.

Fuad Abbasovla bağlı qalmaqalda Diaspor Komitəsinə daha çox yüklənməyin başqa bir səbəbi də var – sifarişin və ya sifarişçinin məhz diasporlardan birindən gəlmə və yaxud olma ehtimalı.

Rusiyada pərdəarxası diaspor liderliyi yarışı torbadakı qara pişik deyil. Bu "təsərrüfat”da ələ süpürgə alıb təmizlənəsi o qədər şəxs var ki!

Bəs bunu nə vaxt görəcəyik, Fuad Muradov?

Reyting.az



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə