AFFA-dan "Arsenal"ın erməni oyunçusu ilə bağlı qərarına şərh: "Təəssüfləndik"

21-05-2019 [21:10]
"Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda "Çelsi” ilə qarşılaşacaq "Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər "Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi". 

Mia.az xəbər verir ki, bu sözlər AFFA tərəfindən "Arsenal"ın erməni oyunçusunu Bakıya finala gətirməməsinə cavab olaraq, yayılan açıqlamada bildirilib.

Açıqlamada vurğulanıb ki, futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarı anlaçılan olsa da, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verib: "Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.
Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.
 


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi