Sahil Babayevin əmisi oğluna yeni vəzifə verilib - Gömrükdə

21-05-2019 [20:17]
"Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb".

Mia.az xəbər verir ki, bu sözlər Dövlət Gömrük Komitəsinin bu gün yaydığı açıqlamada yer alıb.

Komitə bildirib ki, az əvvəl vəzifədən azad edilən "Qırmızı Körpü" gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Rəşad Babayev, ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Xatırladaq ki, xəbərdə adıçəkilən Rəşad Babayev Əmək və əhalinin sosial müdafı naziri Sahil Babayevin əmisi oğludur.

Dünən R.Babayevin məhz nöqsanlara görə vəzifədən azad edilmə xəbəri yayılmışdı.

Mia.az


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə