Meriyadan "Tarqovı"ya girişi xəbərinə kəskin reaksiya: "Təxribatdır"

img

21-05-2019 [16:59]


Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər "Tarqovı”ya yerli sakinlərin buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Meriyanın mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Mia.az-a açıqlamasında belə deyib: 

"Bəyan edirik ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR