Erməni XİN-dən tarixi etiraf: "Biz Türkiyənin mövcudluğuna və Qafqaz tatarlarına qarşı..."

21-05-2019 [14:49]
"Ermənistan Türkiyənin mövcudluğuna və Qafqaz tatarlarına qarşı mübarizə aparıb və bu mübarizənin qəhrəmanlarına hörmət edir".

"Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı hesabata münasibət bildirərkən deyib.

O, İkinci Dünya müharibəsi zamanı faşistlər, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəlin isə Serj Sarqsyanın prezidentliyi dövründə qoyulduğunu, milliyyətçi yönlü "Sasna Srer”in isə siyasi təşkilat kimi 2018-ci ilin payızında qeydiyyata alındığını bildirib. 

Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan və s. bu kimi xidmətlərindən, ölkəsinin demokratiya yolunu tutduğunu vurğulayıb.

Rusiya XİN həmin açıqlamada milliyyətçiliyin qəhrəmanlıq kimi təqdim edilməsi, müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla əlaqədar yaranan dözümsüzlüyün gərginlik yaradan amillər olduğunu bəyan edib. Həmin sənəddə Ermənistan da daxil olmaqla 40-dan çox ölkədəki siyasi, ictimai vəziyyət təhlil edilib/Report. 


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə