Deputat komitə sədrinə: "Bilmirəm bazara gedirsən, ya yox, nəyin qiyməti düşüb ki?"

21-05-2019 [13:50]
Deputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərt çıxış edib.

Millət vəkili Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib.

O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib:

"Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib, ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur/Oxu.az.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi