Mətbuat xidmətinin əməkdaşı işdən ayrıldı: "Haqqınızı halal edin..."

21-05-2019 [13:33]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Zamirə Adilova öz xahişi ilə işdən çxııb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. 

Zamirə Adilova bildirib ki, bu gün istər karyeramda, istərsə də şəxsi inkişafımda özünəməxsus rolu olan 11 illik iş yerindən öz xahişimlə ayrılıb:

"Müqəddəs Ramazan ayıdır. Bütün gördüyüm işlərdə əgər zəhmətim varsa, bu zəhməti Nazirlikdəki hər kəsə halal edirəm.

Bilərəkdən və ya bilməyərəkdən incitdiyim, haqqına girdiyim kəslərdən (əgər belə biri varsa) isə halallıq istəyirəm! Haqqınızı halal edin dostlar.

Ədalətinə və mərhmətinə sığındığımız TANRI hər birimizin yolunu açıq etsin...

Yeni layihələrdə görüşmək ümüdi ilə hər birinizi bağrıma basıram".

Xatırladaq ki, mayın 14-də nazir Ramin Quluzadə mətbuat xidmətinə "Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlovanı təyin edib.  Ona qədərsə, bu vəzifəni Zamirə Adilova icra edib.

Mia.az


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə