Ordumuzun böyük təlimi davam edir

21-05-2019 [12:44]
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin rəhbərinin qəbul etdiyi qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqinə hazır olması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi