Mədət Quliyev təltif, Əblüfəs Qarayev təqdim etdi - FOTO

21-05-2019 [12:16]
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva təltif olunub.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə,  Mənzərxanım Nurəliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi