"Bir neçə gün əvvəl Prezident məni çağırdı və..." - Eldar Əzizovdan sənədsiz evlərlə bağlı açıqlama

img

17-05-2019 [08:42]


"Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb”. 

Bu barədə Mia.az-a Bakı Şəhər İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunda  camaatla görüşündə  deyib ki, sənədsiz evlərlə bağlı mövcud olan problem on illiklərdən bəri yığılıb qalıb: "Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır.

Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Maraqlı dialoq şəklində keçmiş görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR