BDU-nun professoru: "Rektorun universitetlə bağlı çiddi islahat planı var..."

img

16-05-2019 [19:50]


"Bu gün BDU-nun yeni rektoru Elçin Babayevlə görüşdük. Görüşdə bir neçə fakültənin müəllimləri iştirak edirdi. Təəssüratım müsbət oldu". 

Mia.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru Aida Qasımova sosial şəbəkədəki səhifəsində yazıb.

Professor bildirib ki, yeni rektor müasir dünyada gedən elmi proseslərdən və təhsillə bağlı yeni metodlardan çox gözəl xəbərdardır: "Yaradıcı jurnallardan tutmuş Lambert kimi səviyyəsiz nəşriyyatlaradək hər sahədən xəbərdar olduğundan universitetin Elmi İşlər üzrə mövcud kadrlarından xeyli məlumatlı təsir bağışlayır. Rektorun universitetlə bağlı çiddi islahat planı var.

Əvvəla, universitet müəllimlərinin əməyi elmi-pedaqoji potensialına və nailiyyətlərinə görə qiymətləndiriləcək. 

Müəllimlərin bəziləri reytinq cədvəllərinə yenidən baxılmasını təklif etdi. Mən bu işdə aşkarlıq olması arzumu bildirdim. Rektor bu fikri müsbət qarşıladı. Eləcə də, reytinq üçün təqdim olunan əsərlərin internetdə yerləşdirilməsinin gündəmdə olmasını bildirdi.

 Rektor elmi əsərlərin səviyyəsi ilə şəxsən maraqlanacağını da qeyd etdi. Bu çox müsbət haldır. Həqiqətən də, burada bəzən kəmiyyət göstəriciləri keyfiyyəti üstələyir".

Professor yazıb ki, bu görüşdə Şərqşünaslıq fakültəsinin çox problemləri səslənə bilərdi: "Amma məndən və fars dili kafedrasının professoru Anar müəllimdən başqa dillənən olmadı.

Mən filologiya bölməsində ərəb dili fənninə ayrılan saatların olduqca az olmasını, bunun əvəzinə bəzi fənlərin saatlarının süni şəkildə şişirdilməsini qeyd etdim. Çox istərdim ki, ərəb dilinin tədrisində eşitmə və danışma komponentlərinin unudulmasını da qeyd edim və bunun üçün bəzi dərs otaqlarında wifi olmasının vacibliyini vurğulayım. Amma onsuz da bir neçə məsələyə diqqəti cəlb etdiyimdən, bu barədə susdum. Yəni ağın çıxarmadım".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR