"Baxdım, söz tapmadım, susdum lal kimi..." - Leyla Əliyevanın “Azərbaycan” şeiri

img

16-05-2019 [18:21]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Azərbaycan” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.

Mia.az Kult.az-a istinadən həmin şeiri təqdim edir:

Xəzər dalğa-dalğa könlümü çalar,

Külək qucaqlayar çiyinlərimi.

Gözəl Azərbaycan - bənzərsiz diyar,

Baxdım, söz tapmadım, susdum lal kimi.

Təbəssüm saçılan hər üzdə nur var,

Quşların səsiylə açır dan yeri.

Gözəl Azərbaycan – müqəddəs diyar,

Ulduzlar bağrında xal gecələrin.

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr.

Bir ocaq başında qızınır hamı,

İnsana məhəbbət Allah əmridir.

Haqqı, mərhəməti, dini, inamı,

İnsanlar qol-qola sabaha gedir.

Göylərdən endilər sanki sübh çağı,

Xeyir işlər üçün insanlar yerə.

Gözəl Azərbaycan - pirlər ocağı,

Sınmadıq, yenmədik əsən yellərə.

Bu Odlar Yurdunu sən qoru, Allah,

Bu, sevgi, mərhəmət, sülh diyarıdır.

Mələklər görünür hər axşam-sabah,

Üzümüz, yolumuz sənə sarıdır.

Heç kəsə yamanlıq istəmirəm mən,

Dünya həsrət qalsın zülmə, savaşa.

Gözəl Azərbaycan - sevimli Vətən,

Sənə baş əyirəm! Əbədi yaşa!!!

Tərcümə: Baba Vəziroğlu

Digər xəbərlər
SON XƏBƏRLƏR