Azercell ADA Universitetinin tələbələri üçün master- klass təşkil edib - FOTO

img

16-05-2019 [17:23]


Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən "Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klasslar keçirir. 

Mia.az şirkətə istinadla xəbər verir ki, növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilən master-klassda ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib. Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, "CRM” bölümünün rəhbəri Emil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu, Məhsul və Xidmətlər bölümünün mütəxəssisi Rüfət Qafarov tələbələrlə görüşərək, məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər. 

Həmçinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

"Azercell Telekom” MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR