Eldar Əzizov daha bir mitinqə "yox" dedi

img

16-05-2019 [15:28]


Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də keçirmək istədiyi Qarabağ mitinqini məqsədəuyğun saymayıb.

Bu barədə  QAT-dan Mia.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyət mitinqə "yox” cavabı verib:

"Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı, ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır”.

QAT bundan sonra da mitinqlərlə bağlı müraciətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR