Gürcüstandan siqaret gətirilməsinin qarşısı alınıb

img

16-05-2019 [12:08]


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2108-01" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisində əvvəlcədən gömrük orqanına bəyan edilməyən 8600 ədəd "King" markalı siqaret, 2 ədəd üzərində "Redmi 7" və 1 ədəd üzərində "Samsung A50" yazılan telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR