Hacıqabul sakini narkotiklə tutuldu

img

16-05-2019 [10:18]


Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Axtaçı-Şirvan kənd sakini Yunis Qəfərov saxlanılıb. 

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR