Gürcüstan XİN Azərbaycanla görüş barədə bəyanat yaydı: "Sərhədin 2/3 hissəsi razılaşdırılıb"

img

14-05-2019 [20:52]


Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhədin müəyyən olunması məsələsi üzrə bu gün Bakıda keçirilən görüşlə bağlı bəyanat yayıb.

Sənəddə işçi görüşdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri - Laşa Darsalia və Xələf Xələfovun iştirak etdikləri bildirilib.

Bəyanatda qeyd olunub ki, tərəflər dövlət sərhədinin delimitasiyası məsələsini və gələcək addımları müzakirə ediblər.

Görüşdə bildirilib ki, dövlət sərhədinin, təxminən, 2/3 hissəsi müvafiq komissiyalar tərəfindən razılaşdırılıb, mübahisəli hissələrlə bağlı mövqelərin razılaşdırılması ilə bağlı fəal danışıqların yenilənməsinin vacibliyi vurğulanıb.

Delimitasiya və demarkasiya komissiyasının rəsmi iclasının gələn həftə keçirilməsi barədə qərar qəbul olunub.

Tərəflər məsələ ilə bağlı istənilən təxribatların qəbulolunmaz olduğunu bildirərək delimitasiya prosesində strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin rəhbər tutulacağı barədə razılığa gəliblər/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR