Gürcüstan XİN vətəndaşlarına səsləndi: "Azərbaycanla münasibətləri gərginləşdirməyin"

img

14-05-2019 [18:57]


"Bu gün mənim müavinim azərbaycanlı həmkarı ilə görüşüb. Bu, komissiyanın iclası deyil, həmsədrlərin ilk görüşü olub”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycanla sərhəd məsələsi ilə bağlı bu gün Bakıda keçirilmiş görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan və Azərbaycan tərəfləri daim əlaqə saxlayırlar.

Nazir ictimaiyyəti bir daha məsələ ətrafında emosional çıxışlar etməməyə çağırıb: "Yaranmış vəziyyətdən digər tərəflər istifadə etməməlidirlər. Ölkəmizin əraziləri işğal altında olarkən strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin gərginləşməsinə yol verməməliyik”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR