RƏSMİ BAKIDAN ƏLİYEVLƏ PAŞİNYANIN SON GÖRÜŞÜNƏ REAKSİYA: "Münaqişənin iki tərəfi vardır ki, bu da..."

img

14-05-2019 [13:29]


Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub.

Bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir: "Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin həllində irəliləyiş və bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münaqişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır, danışıqlar bu formatda aparılır".

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR