Paşinyan Brüsseldə Əliyevlə görüşündən danışdı: "Qarabağdakı mövcud vəziyyətlə bağlı..."

img

14-05-2019 [13:12]


Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə qısa görüşü haqda danışıb.

"Biz cənab Əliyevlə qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı ümumi söhbət olub”, - Paşinyan görüşdən sonra jurnalistlərə bildirib. 

Gələcəkdə yeni görüşün mümkün olub-olmaması ilə bağlı suala cavabında Paşiyan deyib ki, hələ ki konkret plan yoxdur: "Mən əminəm ki, danışıqlar prosesi davam edəcək və indi vacib məsələ Dağlıq Qarabağın danışıqlar stoluna qaytarılmasıdır. Qarabağsız bu münaqişənin nizamlanmasına nail olmaq mümkün deyil”.

Reyting.az

Digər xəbərlər
SON XƏBƏRLƏR