Ərdoğan Gül və Davudoğluna əl uzatdı: "Bizim də xətamız oldu, ancaq..."

img

11-05-2019 [23:33]


Bu gün Türkiyə prezidenti Ərdoğan 23 iyunda İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkilərlə bağlı danışıb.

Mia.az xəbər verir ki, o,  "CNN-Türk"ə geniş müsahibəsində Türkiyə demokratiyasının 23 iyunda keçiriləcək seçkidən alnı açıq çıxacağını əminliklə deyib.

Bundan sonra Ərdoğan AKP-nin qurucuları olan, ancaq təkrar seçki və digər siyasi məsələlərdə əks mövqedə olan sabiq prezident Abdullah Güllə keçmiş Baş nazir Əhməd Davudoğluna səslənib: "Biz bu günə qədər bütün hücumların üstəsindən bir-birimizə bağlanaraq, gəldik. Aramıza fitnə soxmadıq, qardaşlığımıza ləkə sürdürmədik. İndi qarşımızda duran zehniyyəti görürsüz. FETÖ-nün ağzıyla danışır, bir yerlərə mesaj verirlər".

Ərdoğan deyib ki, fikir ayrılıqlarının dava qardaşlığının önünə keçməsinə icazə verilməməlidir: "Biz buna imkan verməməliyik. Xətasız, qüsursuz yalnız aləmlərin Rəbbi olan Allahdır. Bizim də xətamız, nöqsanlarımız olmuşdur, olacaqdır. Ancaq adına Türkiyə dediyimiz davamıza xəyanət mümkün deyildir".

Prezident deyib ki, "Bizi İstanbulda bələdiyyə sədrliyinə 1994 seçkilərindəki ruh daşıdı. 2002-də iqtidara millətimizlə qurduğumuz könül körpüsü götürdü. Bu ruh və gönül bağını qoruduqca, Allahın izniylə millətimiz bizə güvənməyə, dəstəkləməyə davam edəcəkdir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR