Şriftin ölçüsü / 272 dəfə oxunub

Prezident, xanımı, nazir, icra başçısı xalq artisti ilə vida mərasimində

09 May 2019 [16:09]
Xalq artisti Arif Məlikovla vida mərasimi başa çatıb.

"Report”un xəbərinə görə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Arif Məlikovun cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.


SON XƏBƏRLƏR