PA rəsmisi İmamoğluna dəstək verən məşhurların siyahısını tutdu, bir anda etirazlar böyüdü... - FOTOLAR

08-05-2019 [21:41]
Türkiyə Prezident Administrasiyasının Arxivlər İdarəsinin müdiri Muhammet Safinin İstanbul bələdiyyəsinə namizəd Əkrəm İmamoğluna dəstək verən yüzlərlə sənətçilərin adlarını "Twitter"dəki hesabından "Qeyd" siyahısı ilə paylaşması əks düşərgədən böyük etirazla qarşılanıb.

Mia.az xəbər verir ki, Türkiyədə tanınmış sənətçilərin gələcəkdə təzyiqlə üzləşəcəyi anlamına gələn bu "Qeyd" siyahısı kilə bağlı tvitı kəskin şərhlər yazılıb.

Vəziyyət o yerə çatıb ki, idarə müdiri hesabında təhlükəsizliyi gücləndirib, statusuna gələn şərhləri bağlayıb. 

Daha sonra isə hesab ümumiyyətlə, qorunmaya alınıb.


Xatırladaq ki, YSK-nın İstanbul seçkiləri ləğv edib, təkrar seçki elan etməsindən az sonra çıxış edən Əkrəm İmamoğlu "Artıq hər kəs danışacaq, sənətçilər danışacaq", - demişdi.

Bundan sonra yüzlərlə tanınmış kino, teatr xadimləri, məşhur müğənnilər İmamoğluna dəstək olaraq  #herşeygüzelolacak etiketli paylaşımlar edib, bəzi müğənnilər isə İmamoğluna mahnı bəstələyiblər.

Bir sözlə, İmamoğluna dəstək bir anın içində böyüməyə başlayıb...

Mia.az 



SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...