Şadlıq evləri tikən icra başçısı və... - Bakının yaşıllıq zolağı belə məhv edilir + FOTO FAKTLAR

img

07-05-2019 [13:42]


Bakının Xətai və Nizami rayonları son vaxtlar ən çox ağac qətliamı aparılan yerlərdəndir.

Bu rayonlarda bir vaxtların yaşıllıq ərazilərin, parkların yerini hazırda göydələnlər, restoranlar, ticarət mərkəzləri tutub. 

Bu böyük "dəyişimi" "Google Earth" proqramı vasitəsilə açıq-aydın görmək mümkündür.

Bununla bağlı Yeniavaz.com sözügedən iki rayondakı ağac qətliamını sübut edən peyk fotolarını təqdim edib.

Mia.az xəbər verir ki, son bir illərdə adıçəkilən rayonlara qonşu olan rayonlardan birinin icra başçısı təkcə Nizami rayonunda iki şadlıq evi tikdirərək, istifadəyə verib. 

Məlumata görə, həmin şadlıq evlərinə icra başçısının övladı və qardaşı uşaqları nəzarət edir...

Bundan başqa, Bakının Nərimanov, Nəsimi və Yasamal rayonlarında da yaşıllıqların soyqırımı zaman-zaman mətbuatın gündəmi olub. 

Hətta bir neçə gün əvvəl politoloq Elxan Şahinoğlu Yasamalın icra başçısı ilə bu barədə söhbət etdiyi, lakin verilən vədlərin əksinə olaraq, məhvetmə prosesinin daha da geniş vüsət alması haqda məlumat da yaymışdı...

Nə isə...

Mia.az Yeniavaz.com-a istinadən Bakının "keçəlləşdirilməsi"ni təsdiq edən bəzi sübutları təqdim edir:

 

Qara Qarayev prospektində avtomobil yolunun ortasında yerləşən ağaclıq ərazi 2 dəfə kiçilib. Ağacların yerini restoran, kafe və ticarət obyektləri tutub.Sarayevo küçəsində yolun ortasında yerləşən yaşıllığın yerində artıq nəhəng restoran var.Mehdi Abbasov küçəsində yol kənarındakı yaşıllıq ərazi tamamilə yox olub.Məzahir Rüstəmov küçəsində yerləşən yaşayış binalarının arasındakı yaşıllıqlar yoxa çıxıb.

Nizami rayonu ərazisindəki bu nəhəng yaşıllıq sahədə "dəyişiklik" artıq başlayıb.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR