"Heç kim və heç nə unudulmayacaq!" - Vahid Mustafayev MTRŞ-nı vurdu, prokurorluğun qərarını açıqladı

img

06-05-2019 [14:05]


Bağlanan ANS kanalının sahibi Vahid Mustafayev ANS-lə bağlı aparılan təhqiqatın nəticəsi barədə açıqlama verib.

Mia.az xəbər verir ki, Orucluqla bağlı təbrik mətni paylaşan Vahid Mustafayev yazısında Milli Teleradio Şurasını (MTRŞ) "top"a tutub. 

Daha sonra o, Baş Prokurorluğun apardığı istintaqın nəticəsini izləyiciləri ilə bölüşüb: 

"Əziz dostlar, bu mübarək gündə bir şad xəbəri də Sizinlə bölüşmək istəyirəm. 

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə Tam Bəraət qazandıran məktub aldıq. 

Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! 

Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! 

Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR