Poroşenko məğlubiyyətini etiraf etdi: "Zelenskiyə kömək etməyə hazıram"

img

21-04-2019 [23:54]


Ukraynanın Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin ilk nəticələrini elan edib.

MSK səslərin 1,47 faizinin hesablanmasından sonra Vladimir Zelenskinin 70,82 faiz seçici səsi topladığı açıqlanıb.

Rəsmi məlumatda qeyd edilir ki, hazırkı prezident Petro Poroşenko 26,82 faiz seçici səsi toplayıb.

Petro Poroşenko məğlubiyyətini etiraf edib. O, andiçmə mərasiminə qədər Zelenskiyə yeni işində kömək etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, milli "etit poll"un nəticələrində də Vladimir Zelenskinin qalib gəldiyi bildirilib. Sorğuya görə, o, 73,2 faiz səs toplayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR