"Exit poll"un nəticəsi: Zelenski 73, Poroşenko 25 faiz səs alıb - Ukraynada prezident seçkisi bitdi

img

21-04-2019 [21:52]


Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb.

"Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.

Ukraynada prezident seçkilərində namizəd Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

O, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

"Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski, həmçinin "Kvartal 95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR