Kılıçdaroğludan sərt mesaj: "1 mm geri çəkilməyəcəm..." - Bəs CHP liderini vuranlar kimlərdir? + Reaksiyalar/VİDEO

img

21-04-2019 [18:37]


CHP lideri Kamal Kılıçdaroğlu bu gün ona edilən hücumla bağlı açıqlama verib.

Mia.az bildirir ki, o, bu hücumu Türkiyənin birliyinə edilən hücum kimi dəyərləndirib: 

"Mənə edilən bu hücum Türkiyənin birliyinə və bərabərliyinə edilmiş bir hücumdur. 82 milyonu qucaqlayan bir partiya lideriyəm. Ayrıca heç kimsə unutmasın, heç kimsə. Mən Türkiyənin qurucusu olan CHP-nin sədriyəm...".

CHP lideri bu hadisə onu qorxuda bilməz, o, bir millimetr geri çəkilməyəcək: 

"Onlar hesab edir ki, CHP-nin başqanı biz hücum etdikcə, geri addım atacaq. Bir millimetr də geri addım atmayacam. Bu ölkənin diriliyi, bütünlüyünü hamımız müdafiə edirik. Bu ölkənin bir balaca daşını belə bir nəfərə fəda etmərəm, vermərəm. Bu ölkə üçün canını verəcək birisi varsa,  onun adı Kamal Kılıçdaroğludur".

CHP lideri bundan sonra da şəhid dəfnlərinə qatılacağını bildirib: "Şəhidlər bizimm şəhidlərimizdir. Onların ən uca ərtəbədə olduğunu hamımız bilirik.  Ancaq mənim çəhid canazəsinə getməyimi istəmirlər. Düşünürlər ki, basqı quracağıq, təhdid edəcəyik, hücum edəcəyik ki, Kılıçdaroğlu qatılmasın. Qatılacağam, sonuna qədər qatılacağam. O şəhidlər 82 milyonun şəhididir.

***

Bu gün Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərdən artıq 6 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara prokurorluğa Kılıçdaroğluna hucumla bağlı "Terror və mütəşəkkil hücum" maddəsi ilə cinayət işi açıb: "İstintaq hücum edənlərdən 6 nəfərinin şəxsiyyətini müəyyənləşdirib".

Bildirilib ki, onların hər biri həbs ediləcək.

Hadisənin baş verdiyi kəndin sakinləri isə hücum edənlərin bu kənddən deyil, kənardan gələnlərin olduğunu deyiblər: "Onlar bizim kənddən deyillər. Bu, təxribat idi. Bura bir şəhid evidir, şəhidə dua ediləcək, hörmət olunacaq. Yazıq deyilmi?".

CHP-li  Levent Gök isə deyib ki, Kılıçdaroğlu hücumla bağlı açıqlama verəcək.

Məsələyə münasibət bildirən Ədliyyə naziri Abdulhəmid Gül Kılıçdaroğluna edilən hücumu kəskin pisləyib.

O bildirib ki, bu mənfur hücumdur, şiddətlə qınayır: "Şəxsinə "keçmiş olsun" deyirəm. Şiddətin heç bir halda demokratik siyasətə kölgə düşürməsinə imkan verməyəcəyik".

Hadisəyə Ərdoğanın sözçüsü İbrahim Kalın da reaksiya verib.

O, hücumu qınayıb və bildirib ki, gərəkli hüquqi addımlar atılır: "Keçmiş olsun!".

Xatırladaq ki, hadisənin baş verdiyi ərazidən CHP lideri təhlükəsizlik qüvvələrinin köməyi ilə zirehli maşında çıxarılıb.

***

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada şəhidin yas mərasimində gözlənilməz hücuma məruz qalıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimində bir qrup CHP liderinə qarşı əvvəlcə şüarlar səsləndirib.

Daha sonra isə bir qrup Kılıçdaroğluna hücum çəkib və ona yumruq zərbələri endirilib.

Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib.

Hadisəyə polisdən dərhal reaksiya verilib. Polis ərazini mühasirəyə alıb, müvafiq tədbirlər həyata keçirib. Daha sonra o, evdən polisin müşaiyyəti ilə ayrılıb.

CHP liderinin səhhətində hər hansı bir problemin yaranmadığı bildirilir.

AKP-nin İstanbuldan seçilmiş deputatı Mustafa Yeneroğlu hücuma ilk reaksiya verənlərdən olub. O, baş verənləri  şiddətlə qınadığını deyib: "Cənab Kılıçdaroğluna edilən hücumu şiddətlə qınayıram. Kədərli və qəzəbliyəm. Şiddət üslubunun küçələrə daşınması qəbul edilən deyil". 



Digər xəbərlər
SON XƏBƏRLƏR