Rəsmi Bakıdan Şri-Lankadakı dəhşətli terrorlara - Reaksiya

21-04-2019 [16:02]
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

Bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir.

"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub/Report.


SON XƏBƏRLƏR