Şriftin ölçüsü / 764 dəfə oxunub

Hökumətdən gömrüklə bağlı daha bir qərar - Maşın və mal keçirmək qaydaları dəyişdi

21 Aprel 2019 [11:00]

Baş nazir Novruz Məmmədov "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Mia.az xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissə ləğv edilsin;

2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur”.




SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib