Nazpəridən qəzəbli açıqlama: "Mən bütün nəslimə baxıram, təhsil verirəm"

img

21-04-2019 [10:30]


Xalq artisti Nazpəri Dostəliyeva "Hər şey daxil” verilişinə zəng edərək qardaşı qızı Pərvanə ilə arasında yaşanan qalmaqaldan danışıb.

Xalq artisti haqqında səsləndirilən ittihamları rədd edib:

 "Bəzi cahil insanların ağzına məni niyə salırsınız? Yaxşı sənətkarları az qalırlar boğsunlar. Mənə, ailəmə atılan böhtana görə o qızı İnterpola vermişik, axtarılır. Hər şeyi sübuta yetirəcəyəm. Çirkabı üstə çıxarıb, sənətkarı məhv edirlər. Mən bütün nəslimə baxıram, təhsil verirəm. 4-5  tanımadığım ailənin üstündəyəm. Ataları rəhmətə gedib. Onların "kalqotka”larına qədər alıram. Onların geyimlərinə, evlərinə, yeməklərinə qədər mən edirəm. Mən xalq artisti olana qədər qarışqa kimi işləmişəm.

 Bütün qara qaş, qara göz, saçını mənə oxşadan mənim qohumumdur? Bu, nə cahillikdir, biabırçılıqdır? Xalqımı cahil, savadsız, mənəviyyatsız görmək istəməzdim. Əlbəttə ki, xalqım deyirəm, üzr istəyirəm…”

Qeyd edək ki, P.Dostəliyeva "Azəristar” yarışmasının iştirakçısı olub. O, ötən gün paylaşdığı video ilə Nazpərinin hədə-qorxu gəldiyini və atasının 6 yaşında ona təcavüz etdiyini iddia edib/Gununsesi.info.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR