Deputatın maşını ilə adam öldürüldü, ancaq özü zərərçəkən kimi tanındı

img

20-04-2019 [19:14]


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abbasovun və Azər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi materialları araşdırılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 

İş üzrə zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onu da qeyd edək ki, "Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır.

ONA

Digər xəbərlər
SON XƏBƏRLƏR