Şriftin ölçüsü / 121 dəfə oxunub

Moskvada iki polis qrupu arasında dava olub

20 Aprel 2019 [17:17]
Rusiyanın paytaxtı Moskva şəhərində iki polis qrupu arasında dava olub.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Daxili İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin Borisov Prud küçəsində iş saatını başa vurmuş mülki geyimli polislərlə xidməti vəzifəsini icra edən asayiş keşikçiləri arasında dava baş verib. Aparılan araşdırmalardan sonra hadisə iştirakçıları ciddi nizam-intizam məsuliyyətinə cəlb olunacaqlar. 


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib