Şriftin ölçüsü / 64 dəfə oxunub

"Hər iki tərəfin dialoqu davam etdirməyə hazır olması sevindiricidir" - ABŞ səfirindən Qarabağ açıqlaması

20 Aprel 2019 [16:19]
"Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm". 

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib: "Nazirlərin Moskva görüşünü və onun yekununda verilən bəyanatı alqışlayırıq. Hər iki tərəfin dialoqu davam etdirməyə və növbəti görüşü keçirməyə hazır olması sevindiricidir".

"ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir", - səfir əlavə edib/Report.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib