Şriftin ölçüsü / 96 dəfə oxunub

Zakir Həsənovdan türkiyəli həmkarına: "Sizin acınız bizim də acımızdır"

20 Aprel 2019 [14:55]

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar Türkiyənin  Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Mia.az MN-ə istinadən həmin başsağlığı məktubunu təqdim edir:

"Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Şəhidlərimizə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Xatırladaq ki, Türkiyə ordusu İraqla sərhəddi 4 şəhid verib.



SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib