Vilayət Eyvazov 6 rayondan vətəndaşları qəbul etdi, polis rəislərinə tapşırıq verdi

img

20-04-2019 [13:52]


Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.

Mia.az DİN-ə istinadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Məlumata görə, müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR