"Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır" - Politoloq

img

20-04-2019 [13:13]


Politoloq Elxan Şahinoğlu Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatın nəticəsini dəyərləndirib.

Mia.az bildirir ki, o, Petro Poroşenkonun debatda qələbə çala bilmədiyini deyir: 

"Vladimir Zelenski məğlub olmadı. Halbuki, ilk əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı. Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu. Ancaq Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. 

Ona görə də Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: "Cənab Poroşenko mən siyasətçi deyiləm, mən Sizin səhvlərinizin nəticəsiyəm". Beləliklə, sabah seçkidir. Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR