19-04-2019 [20:55]
Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə "Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib.
Ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın enerji sahəsində uğurlarından bəhs edən energetika naziri Pərviz Şahbazov deyib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Neft Strategiyası dayanır:
"Bu strategiyanın töhfələri olan "Əsrin müqaviləsi”, "Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və "STAR” Neft Emalı Zavodu layihələri həm də Azərbaycan-Türkiyə enerji əməkdaşlığının ölkələrimizə iqtisadi mənfəətlər və regionda siyasi üstünlüklər qazandıran nəticələridir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6,3 milyon ton türkmən mənşəli neftin nəqli də göstərir ki, bu layihələr bütüövlükdə region ölkələrinin mənafeyinə xidmət edir”.
Nazir ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Türkmənistana səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini xüsusi qeyd edib.
"Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında dostluğa, səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bugünkü görüş mövcud ikitərəfli enerji əməkdaşlığı üçtərəfli formatda inkişaf etdirməyə, Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı modelinin yaradılmasına, hər üç ölkənin böyük imkanlarını reallaşdırmağa töhfə verəcək”, - deyə nazir əlavə edib.
Görüşdə indiyə kimi Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib.
Bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.
Görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
Tədbir çərçivəsində Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitətəfli görüş də olub.
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb