Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi - CƏDVƏL

img

19-04-2019 [15:58]


Sərnişinlərin istək və təkliflərini nəzərə alaraq, 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirilir.

Mia.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Qeyd edilib ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017,6020,6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.   



Digər xəbərlər
SON XƏBƏRLƏR